Yükdaşıma bahalaşıb

Yükdaşıma bahalaşıb

Ölkəmizdə 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri AZN valyutada 34,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6 faiz, dəniz nəqliyyatında 1,8 faiz, avtomobil nəqliyyatında 0,6 faiz artıb.

Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.


Şərhlər

şərh

Əvvəlki xəbər