Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Belə ki, yerli vaxtla saat 10:23-də Xəzər dənizində qeydə alınan zəlzələ hiss olunmayıb.

Təkanların maqnitudası 3.0, dərinliyi isə 60 km olub.