Tramp’ın siyasəti bəlli olur

Tramp’ın siyasəti bəlli olur

ABŞ-da prezident seçilmiş Donald Trump ExxonMobil şirkətinin baş icraçı direktoru Rex Tillerson-u öz administrasiyasının dövlət katibi elan edib.

Trump-ın keçid komandasının rəsmi bəyanatında bildirilir ki, inadkarlığı, zəngin təcrübəsi və geosiyasəti dərindən bilməsi Tillerson-u dövlət katibliyi üçün gözəl seçim edir.

Bəyanatda qeyd olunur ki, o regional stabillik istiqamətində işləyəcək və diqqətini Birləşmiş Ştatların milli maraqları üzərində cəmləşdirəcək.

Lakin buna baxmayaraq siyasətçilər bildirirlər ki, Tillerson-un seçimi gələcək prezidentlə Konqres arasında münaqişəyə səbəb ola bilər, beləki senatorlar bisnesmenin Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələrindən narahatdırlar.

Yüksək vəzifəli respublikaçılar artıq bu narahatlığı açıq şəkildə bəyan ediblər.

Keçid komandası xəbər verir ki, Tillerson-la iki görüş Trump-ın düşüncəsində dərin iz buraxıb və o Fox News Sunday-ə müsahibəsində biznesmeni “dünya səviyyəli oyunçu” adlandırıb.

ExxonMobil neft şirkətinin rəhbəri kimi Tillerson Rusiya ilə sıx əlaqələrdə olub və 2013-cü ildə Vladimir Putin tərəfindən Dostluq ordeni ilə təltif edilib.

Bu orden Rusiyada əcnəbilərə verilən ən yüksək mükafat sayılır.

Rex Tillerson Rusiya üzərindən sanksiyaların qaldırılmasına tərəfdardır.


Şərhlər

şərh