Təranə Qumral – Nazənin qalmaqalı davam edir

Təranə Qumral – Nazənin qalmaqalı davam edir

Müğənni Nazənin və Təranə Qumral arasında məhkəmə yekunlaşsa da, tərəflər arasında “müharibə” bitmək bilmir.

Xəzər TV-nin “5/5” müxbirinin suallarını cavablandıran Təranə Qumral yeni qalmaqalın əsasını qoydu desək, yanılmarıq.

Jurnalistin “Sizə niyə həmişə qalmaqal yaradan insan kimi baxırlar?” sualına Təranə odlu-alovlu cavabı ilə yadda qalıb: “Qalmaqalllı insan deyəndə, indi Musadır da canı sağolsun. Bir dəfə qalmaqal yaratdı. Təranənin də adı o qalmaqalda getdi. Əslində mən qalmaqal sevməyən bir insanam. Mən öz gözəlliyimlə gündəmdə qalan bir insanam. Vaxt var idi mən onlara çox reytinq verdim. Susmadım, bir az cavab verdim. İndi görürəm ki, susmaq lazımdır. Mən çoxlarını reklam elədim, gündəmə gətirdim gündəmdə olmayanları. Birin dedi, beşin dedim. Gördüm ki, yox. Mən dedikcə, bu göbələk kimi yerindən çıxır. “Dombalan” deyirlər e…, meşədə bitir, onun kimi. İndi qarşılarında o Təranə yoxdur, saf. Mənim siyəsətim güclüdür. Bicliyim yoxdur, amma ağlım çoxdur”.

Qeyd edək ki, Təranə Qumral bir zamanlar qadın həmkarı Nazəninlə qalmaqalı ilə gündəmə gəlmişdi.


Əvvəlki xəbər