Qarabağ Samtredia’nı darmadağın etdi – 5:0

Qarabağ  Samtredia’nı darmadağın etdi – 5:0

“Qarabağ Futbol komandası” bu gün yeni avrokubok mövsümünə start verib.

Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxıb.

Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi “Samtredia” ilə üz-üzə gəlib.

Matça olduqca sürətli başlayan təmsilçimiz erkən qol vurmağa müyəssər olub. Əfran İsmayılov 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Hücumlarını davam etdirən ağdamlılar 37-ci dəqiqədə daha bir dəfə fərqləniblər. Bu dəfə Dino Ndlovu qapını düzgün nişan alıb. CAR millisinin keçmiş üzvü hissənin tamamına saniyələr qalmış özünə qarşı kodubluğa görə təyin olunmuş ikinci penaltini də boşa verməyib. İlk 45 dəqiqə 3:0 hesabı ilə başa çatıb.

İkinci yarıya rəqib hücumlarla başlasa da, çempionumuz soyuqqanlılıqla müdafiə olunub. Rəqibə öldürücü zərbə isə son 10 dəqiqədə vurulub. Əvvəlcə sona 7 dəqiqə qalmış yeni transfer Donald Gerryer debüt oyununda azarkeşləri qolla salamlayıb. Ardınca isə Miçel pərdəni endirən zərbənin müəllifi olub – 5:0.

Beləliklə, Gürcüstan təmsilçisi ötən il “Qəbələ” ilə oyunda olduğu kimi (5:1) bu dəfə də paytaxtımızdan biabırçı məğlubiyyətlə ayrılıb.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
11 iyul

“Qarabağ” (Azərbaycan) – 5:0 – “Samtredia” (Gürcüstan)
Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1, Donald Gerryer, 83, Miçel, 90+2

Baş hakim: Mete Kalkavan
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu