Qalatasaray futbolçusunu Ərəb klubuna satdı

Qalatasaray futbolçusunu Ərəb klubuna satdı

Qalatasaray klubu futbolçusu Maykonu satıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, 31 yaşlı müdafiəçinin 1 il yarımdır icarə əsasında çıxış etdiyi Ərəbistanın “Əl-Nəsr” klubuna birdəfəlik satmaq qərarı verib. “Qalatasaray” transferdən 1 milyon 430 min avro qazanıb.

Qeyd edək ki, Maykon “Qalatasaray “a 2017-ci ildə 8 milyon avro qarşılığında “San Paulo”dan keçmişdi.