Nizami rayonunda yanğın oldu

Nizami rayonunda yanğın oldu

Bu gecə Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin saytında verdilən xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Əvvəlki xəbər