Makron meri baş nazir etdi

Makron meri baş nazir etdi

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb.

Fransa prezidenti kimi vəzifəsinin icrasına başlamış E. Makron baş nazir Eduard Filipi təyin edib.

Respublikaçılar Partiyasının üzvü olmuş Eduard Filip, eyni zamanda Fransa parlamentinin üzvü və Qavr şəhərinin meri vəzifəsində çalışıb. O, Respublikaçılar Partiyası daxilində keçirilmiş ilkin seçkilərdə Alen Jüpenin namizədliyini dəstəkləyib. Fransua Fiyon ilkin seçkidə qalib gəldikdən sonra Eduard Filip onun prezidentliyə namizədliyini dəstəkləməyərək, seçki kampaniyasını tərk edib və iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. E. Filip E. Makronun yaratdığı “İrəli” hərəkatına simpatiyasını gizlətmirdi.

Qeyd edək ki, Eduard Filip 46 yaşındadır.


Sonrakı xəbər