İranda qatar qəzası

İranda qatar qəzası

25 noyabr İranda qatar qəzası baş verib, qəza nəticəsində ölənlərin sayı 40-ı keçib.

Qəza zamanı daha 100-ə qədər sərnişin yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan tələfat göstəricisinin artacağı istisna deyil.
İranın şimalındakı Simnan əyalətində baş verən qatar qəzası nəticəsində 16-dan çox sərnişin həlak olub. 70-ə qədər yaralı var.

Qəzadan sonra vaqonlarda güclü yanğın baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində alovu nəzarət altına almaq mümkün olub. Vaqonlarda hələ bir neçə cəsədin olduğu güman edilir. Bu üzdən tələfat göstəricisinin artacağı istisna deyil.

Bəzi dairələr qatarların üz-üzə toqquşduğu, digərləri isə qatarlardan birinin digərinə arxadan çırpıldığını qeyd edib. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, bu tip yanğının çıxması üçün vaqonların bir-birinə arxadan toqquşması kifayət deyil. Üz-üzə toqquşma variantı daha məntiqə uyğundur.

Hadisənin dəhşətli görüntülərini sizə təqdim edirik:




Sonrakı xəbər
Əvvəlki xəbər