İOS 10 konsepti

İOS 10  konsepti

“Apple”-ın iyunda təşkil edəcəyi WWDC konfransında yeni əməliyyat sistemi “OS X” ilə birlikdə “iOS 10” əməliyyat sistemini təqdim edəcək. Yeni əməliyyat sistemi təqdim olunmamış konsept videosu yayımlandı.

Konsept videosunda göstərilən yeni funksiyalar:

3D Touch daha inkişaf etdirilib və yeni funksiyalar əlavə edilib. Beləki, tətbiqləri yeniləmək üçün “App Store”-a girməyə ehtiyac qalmır. Bunun üçün “App Store” ikonunun üzərində barmağı yuxarıdan aşağıya tərəf sürüşdürmək kifayət edir.
Gecə istifadəsi üçün qara arxaplan rəngi əlavə edilib.
Açıq tətbiqlər panelində tək toxunuş ilə bütün tətbiqləri bağlamaq mümkün olacaq.
Kilid ekranına yeni funksiyalar da əlavə edilib.
Bu funksiyaların bir çoxu “Android” əməliyyat sistemində və ya Jailbreak olunmuş “iOS” cihazlarda mövcuddur.


Sonrakı xəbər
Əvvəlki xəbər