Həm Nəbi, həm Məhdi

Həm Nəbi, həm Məhdi

Allahın (c.c) Müqəddəs Qurani-Kərimdə də buyurduğu kimi, sonuncu və xətəmul ənbiya sayılan Peyğəmbəri – Rəsuli Əkrəm – Məhəmməd ibn Abdullahdır. (Salam olsun ona və onun ümmətinə)

İslam peyğəmbərinin vəfatından sonra da bir çox insanlar özlərini Allahın rəsulu və nəbisi adlandırmışlar. Bu fırıldaqçıların və mütənəbbilərin – daha sonraları da rəzil olmaları açıq şəkildə bəyan idi.
Bu tip insanların davamı gəlməkdədir.

Sizlərə bu rəzil və özünü rüsvay edən birini tanış etmək istəyirik: “İskender Erol Evrenosoğlu”.
Bu şəxs həm Zamanın Rəhbəri – Məhdi olduğuna, həm Peyğəmbər – Nəbi, həm də Allahın Rəsulu olmasına iddia edir. Allahın Nəbisi olmaq üçün bu fırıldaqçının hətta Vəhy Kitabı da vardır.

Bizə məqaləni yazmağa vadar edən hal isə bu mütənəbbinin arxasınca gedən şəxslərin olmasıdır və də bu şəxslərin həqiqətən də Allahu-Təalaya böyük sevgilərinin və Onunla qovuşma istəklərinin olmasıdır. Bu şəxslərin bütün müddəaları və iddiaları həqiqətə uyğundur, lakin söhbətin sonu – özünü Məhdi və Nəbi adlandıran şəxsin bu topluma “Ağa” olması bəlli olduqda hər bir şeyi alt-üst edir.
Özünü bu şəxslərin (bununla da yetinməyərək bütün dünya əhlinin) mürşidi, rəhbəri, peyğəmbəri elan edir. Lakin Qurani-Kərimdən belə düzgün anlayışı yoxdur.

Bu fırıdaqçılıq və rəzillik barədə çox danışa və dəlillərlə bu şəxsin tam axmaq olduğunu təsdiq edə bilərik. Lakin əl-Ənam” surəsi 1,2,3-cü ayələri, “əz-Zumər” surəsi 37-ci ayəni oxumaq kifayətdir.
Bu şəxsin özünün bir Dəccal olduğu açıq şəkildə görülür. Və öz müridlərindən Rəbbimizə bizdə əmanət saydığı – Rəbbimizin nur zərrəsini təkidlə geri qaytarılmasını istəyir. Şübhəsiz ki, ‘NURSUZ’ Adəm övladı bir heçdir və onu idarə etmək, məhv etmək ‘Qovulmuş iblis və onun şeytanları’ üçün ‘1+1’ misalına çevriləcəkdir.

SİZLƏRƏ DİQQƏTLİ OLMAĞI VƏ BU SEKTAYA QOŞULMAMAĞI TƏKİDLƏ TÖVSİYƏ EDİRİK.

Sizlərə bir neçə videonu təqdim edirik:

Bu videonu diqqətlə izləyin. (Xüsusi ilə “İnşaAllah, Allah” sözləri deyilərkən..)

   


Şərhlər

şərh

Sonrakı xəbər