Gürcüstan konstitusiyası dəyişir

Gürcüstan konstitusiyası dəyişir

Gürcüstanın dövlət konstitusiya komissiyası yekun iclasında səs çoxluğu ilə ölkənin Əsas qanununa dəyişikliklər layihəsini təsdiq edib.

Lahiyə son dörd ay ərzində ətraflı müzakirə edilib və işçi qruplar tərəfindən redaktə edilib.

Konstitusiya dəyişikliklərinin layihəsini komissiyanın 43 üzvü dəstəkləyib, 8 nəfər əleyhinə olub.

Konstitusiya komissiyasının rəhbəri İrakli Kobaxidzenin sözlərinə görə, konstitusiyaya edilən düzəliş və dəqiqləşdirmələrin məqsədi prezident səlahiyyətləri və icra hakimiyyəti arasında dəqiq sərhədlərin çəkilməsidir.

Yeniləşən konstitusiya layihəsində fundamental dəyişikliklərdən biri parlament seçkiləri üçün qarışıq proporsional-majoritar sistemdən proporsional sistemə keçiddir.

Digər dəyişiklik, prezidentin seçilməsi qaydasına aiddir. Bununla prezident birbaşa səsvermə yolu ilə deyil, parlament tərəfindən seçilir.


Əvvəlki xəbər