Millimiz reytinqdə irəliləyib

Millimiz reytinqdə irəliləyib

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, martda keçirilən DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib.

Ötən ay açıqlanan siyahı ilə müqayisədə qeydə alınan yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib. Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb. Bu da yığmamızım mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci pilləyə yüksəlib.

Komandamızın “DÇ-2018″in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1464 xalla 3-cü (0), Şimali İrlandiya 823 xalla 26-cı (+9), Çexiya 679 xalla 46-cı (-4), Norveç 387 xalla 86-cı (-5), San Marino isə 12 xalla 204-cü (-1) yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1661 xalla Braziliya millisi başçılıq edir. Argentina 1603 xalla ikincidir.

futbol-millimiz


Sonrakı xəbər