Ərindən ayırmaq istədilər

Ərindən ayırmaq istədilər

Həyat yoldaşımın düşmənləri ölkəmi və ərimi tərk etməyim üçün mənə pul təklif etdilər.

Bu barədə Suriya prezidenti Bəşər Əsədin xanımı, 41 yaşlı Əsma Əsəd “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu təklifi edənlər Suriya prezidentində inam problemi yaratmaq istəyiblər: “Suriyadan qaçmağım üçün təkliflər oldu. Üç uşağımın təhlükəsizliyi və maliyyə baxımından təmin edilməklə məni ələ almaq istədilər. Bu insanların nə əldə etmək istədiklərini başa düşmək üçün dahi olmağa ehtiyac yoxdur. Bu, xalqın prezidentinə qarşı hiss etdikləri inamı qırmaq üçün atılan addım idi. Mən lap əvvəldən burada olmuşam və başqa bir yerdə olmağı da əsla düşünməmişəm”.

Əsma Əsəd ona bu təklifi edənlərin adını açıqlamayıb.


Şərhlər

şərh

Sonrakı xəbər
Əvvəlki xəbər