Eks-Katib islamı qəbul edir

Eks-Katib islamı qəbul edir

ABŞ-nın keçmiş dövlət katibi Madlen Olbrayt gözlənilməz addım atıb.

Madlen Olbrayt Suriya qaçqınlarına və müsəlman ölkələrindən olan miqrantlara viza verməkdən imtina edən prezident Donald Trampa cavab olaraq islamı qəbul etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə o, özünün Twitter səhifəsində yazıb. “Mən katolik kimi böyümüş, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra doğmalarımın əslində yəhudi olduğunu bilmişəm. İndi mən həmrəylik naminə müsəlman olmağa hazıram. Azadlıq heykəlinin üzərində kiçik hərflərlə yazı yoxdur. Amerika istənilən dindən və etnik qrupdan olan insanlar üçün açıq olaraq qalmalıdır“, – deyə M. Olbrayt bildirib.

Sabiq dövlət katibi səhifəsinə Azadlıq heykələnin fotosunu da yerləşdirib.

madlen-twitter

madlen-allbright


Şərhlər

şərh