Direktorun paradoks ölümü

Direktorun paradoks ölümü

ATV-dəki “Yoxlama” verilişi ilə gündəmə gələn 171 saylı orta məktəbin direktoru Telman Qardaşov vəfat edib.

Sözügedən veriliş efirdə yayımlanandan sonra T. Qardaşovun səhhəti pisləşməyə başlayıb. Direktor bu hadisədən sonra ürək və təzyiq dərmanları qəbul edirmiş:
“Dünən səhhəti daha da ağırlaşan Telman Qardaşov xəstəxanaya yerləşdirilib, komaya düşüb. Bu gün səhər saatlarında komadan ayılmayıb və vəfat edib.

“Yoxlama” verilişi ilə bağlı olaraq bizim məktəbə Təhsil Nazirliyindən heç bir rəsmi irad bildirilməyib. Direktorumuz məhz bu verilişdəki həqiqəti əks etdirməyən məlumatlara görə bu vəziyyətə düşdü. Çünki məktəbimizdə təmir işləri gedirdi, nazirlik özü bunun üçün vəsait ayırmışdı. “Yoxlama” verilişi bunu bilə-bilə məktəbə gəldi”.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin “Yoxlama” verilişi sözügedən məktəbdə yoxlama aparıb. Məktəb rəhbərliyi buna etirazını bildirib və bəyanat yayıb ki, verilişin nümayəndələri qanunsuz olaraq məktəbə daxil olublar və onlarla kobud davranıblar.

Bakı şəhər 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm səbəbi dəqiqləşib. Məktəbin direktor müavini Nüşabə Eminova Lent.az-a açıqlamasında bildirib ki, T.Qardaşov ATV telekanalının “Yoxlama” verilişindən sonra çox gərgin imiş: “O vaxtdan çox stress keçirirdi. Dünən məktəbdə halı qəfil pisləşdi. Vəziyyətinin ağır olduğunu görüb təcili yardım çağırdıq. Həkimlər beyninə qan sızdığını, yəni insult keçirdiyini bildirdilər və Telman müəllim xəstəxanaya aparıldı. Bu gün səhər saatlarında isə vəfat edib”.

Qeyd edək ki, T. Qardaşov 1960-cı ildə anadan olub və göstərdiyi nümunəvi fəaliyyətə görə bir neçə dəfə mükafatlandırılıb.

ATV kanalı “Yoxlama” verilişindən sonra ölən direktorla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Xətai rayonu 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm xəbəri kanal rəhbərliyini kədərləndirib: “Hər insan ölumü kimi bu ölum hadisəsi də məyusedicidir.”

Səmimi qəlbdən Telman Qardaşovun ailəsinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik.

Ünvanımıza yönəldilən ittihamı isə kökündən qərəzli və absurd hesab edir, mərhumun oğlunun kədərini nəzərə alıb səbirlə qarşılayırıq. Bəli, 05.01 2017 ci il tarixdə sözügedən məktəbdə çəkiliş aparmışıq və 11.01.2017-ci il tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da…

Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı.

Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Bakı şəhər Təhsil İdarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilib. MTRŞ isə açıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun olmadığını bildirib. Məlum verilişin çəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. İctimaiyyətə bəyan edirik ki, bu cür söz-söhbətin, dedi-qodunun tərəfi deyilik və qətiyyən də olmaq istəmirik”.

Qarşı tərəfdən isə, mərhum direktor Telman Qardaşovun qızı Azər İsmayılovu məhkəməyə verəcəyini deyib. Atasının ölümünə səbəbkar ‘Yoxlama’ verilişinin aparıcısının olduğunu bildirib.

Qeyd edək ki, hər bir əqli olan şəxs anlayar ki, bu yaşda olan orta məktəb direktorunun stresdən, qorxudan ürəktutması paradoks deyil. Kimin bu hadisədə günahkar olmasını məlum etmək, artıq aidiyyəti orqanların üzərinə düşür.


Şərhlər

şərh