Çində dəhşətli qətl

Çində dəhşətli qətl

Çində dəhşətli qətl hadisəsi baş verib.

Çinin Yunnan əyalətində yerləşən kəndlərdən birində 19 nəfərin meyiti tapılıb. Aparılan araşdırma nəticəsində onların 6 ailənin üzvləri olduğu məlum olub.

Çin Milli Təhlükəsizlik Nazirliyinin işçi qrupu faktla bağlı istintaq aparıb. Nəticədə kütləvi cinayəti törədən şəxs saxlanılıb. Onun 1989-cu il təvəllüdlü Yan soyadlı kişi olduğu məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət ailə münaqişəsi zəminində törədilib. Belə ki, sentyabrın 28-də kənddəki evlərinə gələn Yan valideynlərindən pul istəyib. Bu zaman onlar arasında mübahisə yaşanıb. Nəzarəti itirən Yan ana və atasını qətlə yetirib. Lakin cinayətin aşkara çıxacağından qorxan qatil 17 qonşusunu da öldürmək qərarına gəlib. Saxlanılan şəxs daha sonradan törətdiyi cinayəti boynuna alıb.



Sonrakı xəbər
Əvvəlki xəbər