Azərbaycan 1 : 0 Norveç

Azərbaycan 1 : 0 Norveç

Azərbaycan millisi ardıcıl iki seçmə oyununda qələbə qazanıb. Millimiz ilk dəfə 2 qələbə seriyasına imza atıb. Baş məşqçimiz Robert Prosineçki deyib: “Biz çox sevinməyə vaxtımız yoxdur”.

Komandamız DÇ-2018-in seçmə mərhələsində San-Marinonun ardından Norveçi də 1:0 hesabı ilə məğlub edib. Bu, yığma tarixində görünməmiş və ilk dəfə gerçəkləşən qələbə seriyasıdı.

Cəmi 2 matçdan ibarət belə seriyayadək 10 dəfə meydanı qalib kimi tərk edən komandamız heç vaxt uğurun ardını gətirə bilməmişdi.

Seçmə mərhələlərdəki 11-ci qələbəsini səfərdə əldə edən futbolçularımız 12-ci uğurunu Bakı Olimpiya Stadionunda qazandı.



Sonrakı xəbər