Avropa Türkiyəyə “yox” dedi

Avropa Türkiyəyə “yox” dedi

Avropa Birliyi ölkələri əhalisinin 77%-i Türkiyənin Birliyə daxil olmasına qarşıdır.

Avropa parlamentində 216 deputatla təmsil olunan Xalq partiyası sosial sorğunun nəticələrini yayıb.

Sorğu Avropanın 9 böyük ölkəsində keçirilib. Onların arasında Almaniya, Fransa, İrlandiya, İtaliya, Niderland, Polşa, Rumıniya, İsveç və İspaniya kimi ölkələr var.

Almanların 86%, hollandların 84%-i Türkiyəni Avropa Birliyində görmək istəmir.

İspanların əksəriyyətini isə Türkiyənin Avropada olub-olmaması maraqlandırmır. Ölkə əhalisinin 60%-i “heç bir fərqi yoxdur” cavabını verib.

Maraqlıdır ki, almanlar, hollandlar və digər Avropa ölkələri nə qədər Türkiyəyə nifrət edirlərsə, bir o qədər də sevirlər. Çünki Türkiyəyə ən çox turist elə Avropa ölkələrindən gəlir. Onlar türklərin qonaqpərvərliyini, gülərüzlüyünü sevirlər.


Sonrakı xəbər