Ana olmadığından, özünü asdı

Ana olmadığından, özünü asdı

Xaçmazda qadın özünü asıb. Hadisə bu gün saat 13 radələrində Qobuqırağı kəndində qeydə alınıb.

39 yaşlı Məlahət Gülbala qızı Qədimova ata evinin həyətindəki gilas ağacından özünü asıb. Xaçmazın hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən 39 yaşlı Məlahət Qədimova övladı olmadığına görə ərindən ayrılıbmış və onun bu səbəbdən öz həyatına son qoyması ehtimal edilir. Qadının meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

Xaçmaz prokurorluğunda CM-nin 125-ci -özünü öldürmə maddəsilə cinayət işi açılıb. Bu, son 6 gündə Xaçmazda qeydə alınan 3-cü intihar hadisəsidir.


Əvvəlki xəbər