24 saylı polis bölməsinin baş təhqiqatçısı Əlinin məzuniyyət üçün etdiyi qanunsuzluqlar

24 saylı polis bölməsinin baş təhqiqatçısı Əlinin məzuniyyət üçün etdiyi qanunsuzluqlar

Təxminən 2 ay öncə mənim mənzilimin qarşısından bağlı olan velosipedimi oğurladılar. Buna görə də 102 qaynar xəttinə zəng vurdum. Daha sonra 24 saylı polis bölməsinin növbətçisi mənə zəng vuraraq ora gəlməyimi istədi, lakin mən oraya deyil, onların cinayət yerinə gəlmələrini istədim və gəldilər.

Yüngül baxış keçirdikdən sonra çıxıb getdilər. Və daha sonra Aqil adlı polis əməliyyatçısı mənim işimi araşdırmağa başladı və küçədəki kameraları yoxlatdırırdı. Aqildən çox razı qaldım. Həqiqətən də əsl Azərbaycan polisidir.

Daha sonra 24 saylı polis bölməsinin baş təhqiqatçısı, Əli adlı polis nəfəri məni bölməyə dəvət etdi və bu işin bağlanılmasını istədi. Bildirdi ki, məzuniyyətə getməlidir və bağlı cinayət işi olduqda buraxmırlar. Mən Əli adlı şəxslə razılaşmadım və imtina etdim.

Sabahı günü isə 24 saylı bölmənin ərazi olan binamızın sahə müvəkkili Xosrov mənə zəng vurdu, dedi ki, gəl otağıma, səninlə söhbət etmək istəyirəm. Nə isə, sözünü yerə salmayıb getdim yanına və məni qarşıladı.

Bundan sonra olan danışıqları isə mən telefon cihazımda avtomotik səs qeydinə qoydum. Və bunu sabahı günü isə Xosrovun avtomobili ilə 24 saylı polis bölməsinə getdik və orada Əlinin iş otağında onun yazdığı və bilmədiyim bir sənədə mənə imza atdırdı.

Həmin yazılmış danışıqları sizlərə təqdim edirəm. Qeyd edim ki, birinci və uzun danışan sahə müvəkkilidir. 12-ci dəqiqədən sonra olan danışıq isə baş təhqiqatçı Əlinin danışıqlardır. 13:14 saniyədə hər şeyi aydın deyir.

Əli adlı şəxs məni yenidən bölməyə dəvət edib, bu dəfə də yeni tarixlə şikayət ərizəsi yazdırdı və əvvəlki olan söhbətin isə olmadığını deyib, siz özünüz şikayəti geri çəkibsiniz dedi.

Əli Baxşızadə / Network News of Azerbaycan’nın Baş redaktoru